Palmer “Çelsi”nin tarixinə düşdü
04.02.2024 - 23:27
Palmer “Çelsi”nin tarixinə düşdü

Koul Palmer "Çelsi"nin tarixinə düşüb.

Apasport.az xəbər verir ki, o, Premyer Liqanın 23-cü turunun "Vulverhempton"la oyununda (2:4) fərqlənib.

Bu, yarımmüdafiəçinin İngiltərə çempionatının cari mövsümündə vurduğu 10-cu qolu olub. Beləliklə, Palmer "Çelsi" tarixində Premyer Liqanın bir mövsümündə 10 qol vuran 21 yaşa qədər ilk futbolçu adına yiyələnib.

Qeyd edək ki, Koul "zadəganlar"a "Mançester Siti"dən keçib.

0