Paulo Maldininin oğlu A Seriyasında klubunu dəyişib
28.01.2026 - 00:44
"Latsio" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Atalanta"nın futbolçusu Daniel Maldinini icarəyə götürüb.
bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Roma təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Daniel Maldini "Milan"ın əfsanəvi futbolçusu Paulo Maldininin oğludur.

0
0