Perezdən seçki vədi – Olise üçün 150 milyon avro
06.06.2026 - 12:14
Perezdən seçki vədi – Olise üçün 150 milyon avro

“Real”da prezident seçkiləri ərəfəsində transfer gündəmi qızışıb.

Apasport.az xəbər verir ki, klub prezidenti Florentino Perez Maykl Oliseni heyətə qatmaq istəyir.

“The Telegraph”ın məlumatına görə, Perez seçkilərdə qalib gələcəyi halda “Bavariya”nın fransalı vingeri üçün 150 milyon avroluq təklif hazırlayacaq.

Madrid klubunun 24 yaşlı futbolçunu hücum xəttini gücləndirmək üçün əsas hədəflərdən biri kimi gördüyü bildirilir.

“Bavariya”nın Oliseni satmağa necə yanaşacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, Maykl Olise 2024-cü ildən “Bavariya”da çıxış edir. Fransalı futbolçunun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.