[b]Pirlo məşqçiliyə başladı[/b]
25.07.2018 - 17:04
[b]Pirlo məşqçiliyə başladı[/b]

Əfsanəvi italiyalı futbolçu Andrea Pirlo məşqçiliyə başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 39 yaşlı gənc mütəxəssis ölkəsində fəaliyyət göstərəcək.

 

Belə ki, Pirlo İtaliya millisinin məşqçisi təyin olunub. O, yeni baş məşqçi Roberto Mançininin köməkçilərindən biri vəzifəsinə gətirilib. Sabiq yarımmüdafiəçi artıq İtaliya Futbol Federasiyası ilə müqavilə bağlayıb.

 

Qeyd edək ki, Andrea Pirlo son olaraq “Nyu York Siti” klubunun formasını geyinib və keçən il karyerasını başa vurub.

0