Poçettino "Çelsi"dən qovulmaq ərəfəsindədir
05.02.2024 - 12:37
Poçettino "Çelsi"dən qovulmaq ərəfəsindədir

Londonun "Çelsi" klubu yaxın zamanlarda baş məşqçisini dəyişə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, klub rəhbərliyi argentinalı Maurisio Poçettinonun idarəsi altında komandanın cari mövsümdəki nəticələrindən son dərəcə narazıdır. Klub rəhbərləri İngiltərə Premyer Liqasının son oyununda "Vulverhempton"a məğlubiyyətdən (2:4) sonra mütəxəssisi istefaya göndərmək barədə ciddi düşünüblər.

Hazırda 31 xalla Londonun top klubu ölkə çempionatının turnir cədvəlində 11-ci yerdədir.

Qeyd edək ki, argentinalı mütəxəssis ötən yay "Çelsi"nin baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında komanda artıq 11 məğlubiyyət alıb.

0