Pol Poqba Fransa klubuna keçə bilər
09.10.2024 - 17:53
Pol Poqba Fransa klubuna keçə bilər

"Yuventus"un futbolçusu Pol Paqba karyerasını ölkəsində davam etdirə bilər.

Apasport.az xəbər verir ki, dopinqə görə 4 illik futboldan uzaqlaşdırılan, daha sonra cəzası 18 aya endirilən fransalı yarımmüdafiəçini "Marsel" heyətinə qatmaq istəyir. 

Liqa 1 təmsilçisi Poqbanı yanvar ayında transfer etməyi planlaşdırır.

Pol Poqbanın cəzası 2025-ci ilin mart ayında başa çatır. 31 yaşlı futbolçu yanvar ayında komanda ilə məşqlərdə iştirak edə bilər.

Qeyd edək ki, "Yuventus" cəzası azaldılsa da, futbolçu ilə yolları ayırmaq istəyir. 

0