Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyun cədvəlində planetin 165 yığması yer alıb.
Bu komandalardan 107-si əsas cədvəldə, 58-si isə sıralamadan kənarda qərarlaşıb. Buna səbəb sonuncuların zəruri olan matç sayını keçirməməsidi.
Siyahıda cüzi dəyişikliklər olub. Dünyanın ən yaxşıları arasında yer alan Azərbaycan yığmasının da mövqeyi və xalı dəyişməz qalıb. Braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri 1440 xalla 10-cu sırada qərarlaşıb.
İlk “onluq”da yalnız bir dəyişiklik olub. Rusiya millisi 3-cü pilləni əldən verib. Bu mövqeyə Portuqaliya yüksəlib. Şimal qonşularımız kimi daha bir komanda – Argentina da xal itkisi ilə üzləşib. Lakin cənubi amerikalılar 5-ci sıradakı mövqeyini qoruyub.
İlk “20-lik”
1. Braziliya - 1935
2. İspaniya – 1807
3. Portuqaliya - 1696
4. Rusiya - 1686
5. Argentina - 1667
6. İran - 1654
7. İtaliya - 1552
8. Qazaxıstan - 1532
9. Ukrayna - 1482
10. Azərbaycan – 1440