Portuqaliya klubunda yeni baş məşqçi
07.06.2024 - 10:14
Portuqaliya klubunda yeni baş məşqçi

Portuqaliya təmsilçilərindən "Porto"nun yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya nəhəngini Vitor Bruno çalışdıracaq. Onunla 2 illik müqavilə imzalanıb.

41 yaşlı məşqçi Serjio Konseysaonu əvəzləyib.

Bruno 2017-2024-cü illərdə “Porto”da məşqçi kimi fəaliyyət göstərib.

0