Premyer Liqa çempionunda 6 illik müqavilə
04.07.2022 - 13:13
Premyer Liqa çempionunda 6 illik müqavilə

“Mançester Siti” daha bir transferini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa çempionu “Lids”in dayaq yarımmüdafiəçisi Kalvin Fillipsi heyətinə qatıb.

27 yaşlı futbolçu “şəhərlilər”lə 6 illik müqavilə imzalayıb. Bu keçid “Lids”ə 42 milyon funt sterlinq qazandırıb. Oyunçunun performansına görə “Mançester Siti” qarşı tərəfə əlavə bonuslar da ödəyə bilər.

Qeyd edək ki, “Lids”in yetirməsi olan Kalvin Fillips 2020-ci ildən İngiltərə millisinin formasını geyinir.

0