Premyer Liqa klublarından görünməmiş fiasko
14.12.2023 - 13:48
Premyer Liqa klublarından görünməmiş fiasko

Çempionlar Liqasının qrup mərhələsi görünməmiş hadisə ilə yekunlaşıb.

Apasport.az xəbər verir ki, tarixdə ilk dəfə İngiltərənin iki klubu avrokuboklarla vidalaşıb.

“Mançester Yunayted” və “Nyukasl” qrupda sonuncu – 4-cü yeri tutub. Hər iki komanda nəinki Çempionlar Liqası, heç Avropa Liqasında da mübarizəni davam etdirə bilməyib. Bunadək turnirin tarixində belə hadisə görünməmişdi ki, Premyer Liqanın iki təmsilçisi qrup sonuncusu olsun.

Qeyd edək ki, bu mövsümədək tarixdə üç ingilis klubu qrupda sonuncu yeri tutub. “Blekbern” 1995/96, “Mançester Yunayted” 2005/06, “Mançester Siti” 2012/13 mövsümlərində belə uğursuzluq yaşayıb.
 

0