[b]Premyer Liqa klubundan 22 milyonluq transfer[/b]
30.07.2018 - 22:02
[b]Premyer Liqa klubundan 22 milyonluq transfer[/b]

Serbiya millisinin futbolçusu Aleksandar Mitroviç “Fulhem”ə keçib. Apasport.az saytının məlumatına görə, hücumçu “Nyukasl”ı London klubuna dəyişib.

 

24 yaşlı forvard ötən il icarə əsasında çıxış etdiyi, lakin yeni transfer olunduğu komanda ilə 5 illik müqavilə imzalayıb. 2023-cü ilədək “Fulhem”də oynayacaq hücumçunun keçidi 22 milyon funt sterlinq qarşılığında gerçəkləşib.

 

Qeyd edək ki, Mitroviç ötən mövsüm aşağı dəstədə 20 oyunda 12 qol vuraraq “Fulhem”in Premyer Liqaya dönməsində pay sahibi olub.

0