Premyer Liqa klubundan rekord transfer
25.06.2022 - 14:20
Premyer Liqa klubundan rekord transfer

“Nottinhem Forest” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi Tayvo Avoninini transfer edib.

“Union”un hücumçusu ilə 5 illik müqavilə imzalanıb. Premyer Liqa klubu transferin məbləğini açıqlamasa da, bunun “Nottinhem Forest” tarixinin ən bahalı keçid olduğunu elan edib.

Böyük Britaniya mətbuatı 24 yaşlı nigeriyalı üçün 20,5 milyon avro ödənildiyini iddiasını irəli sürüb. “Union” onu 2021-ci ilin yayında “Liverpul”dan alıb.

Qeyd edək ki, forvard ötən mövsümün 43 oyununda 20 qol vurub.
 

0