Premyer Liqa oyunu yenidən keçiriləcək
18.12.2023 - 14:36
Premyer Liqa oyunu yenidən keçiriləcək

İngiltərə Premyer Liqasının yarımçıq qalan “Bornmut” – “Luton” matçının taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, oyun yenidən keçiriləcək.

65-ci dəqiqədə hesab 1:1 olduğu vaxt dayandırılan qarşılaşmanın son 25 dəqiqəsi deyil, bütün matç yenidən oynanılacaq. Buna səbəb Premyer Liqanın reqlamentindəki bənddir. Əgər qarşılaşma hakimin razılığı ilə dayandırılırsa, yenidən keçirilir. Görüşün tarixi yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, XVII turun matçı qonaqların kapitanı Tom Lokyerin ürəyi dayandığı üçün yarımçıq qalıb. 
 

0