Premyer Liqada yeni rekord
25.01.2023 - 16:32
Premyer Liqada yeni rekord

İngiltərə Premyer Liqasının klublarının qış transfer xərcləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, futbolçuların keçidi üçün pəncərənin arxada qalan dövründə 440 milyon funt sterlinq xərclənilib.

Bu, qış transferləri üçün rekord məbləğdir. İndiyədək rekord 2018-ci ilə təsadüf etmişdi. Həmin qış klublar 430 milyonluq keçid rəsmiləşdirib.

Qeyd edək ki, bu ilin yanvarında “Çelsi” Premyer Liqada hamıdan çox – 180 milyon xərcə düşüb.
 

0