[b]Premyer Liqanın debütantı qalib gəldi[/b]
30.06.2018 - 23:01
[b]Premyer Liqanın debütantı qalib gəldi[/b]

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Premyer Liqanın debütantı öz əvəzediciləri ilə qarşılaşıb.

 

Görüş əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində qollara Elgün Nəbiyev və Famil Camalov imza atıblar.

 

Qeyd edək ki, “Sabah” növbəti yoxlama oyununu iyulun 7-də “Səbail”ə qarşı keçirəcək. Qarşılaşma “Bayıl Arena”da baş tutacaq.