PSJ-də kapitan seçildi
23.08.2023 - 11:22
PSJ-də kapitan seçildi

PSJ-nin kapitanı bəlli olub.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Luis Enrikenin təşəbbüsü ilə kapitanı komandanın futbolçuları seçib.

Bunun üçün onlar arasında gizli səsvermə keçirilib. Braziliya millisinin 29 yaşlı müdafiəçisi Markinyos Fransa klubunun kapitanı olub. Əvvəllər də bu vəzifəni yerinə yetirən arxa xətt oyunçusunun vitse-kapitanları da müəyyənləşib. Portuqaliyalı Danilu Pereyra, fransalılar Presnel Kimpembe və Kilian Mbappe Markinyosun yoxluğunda sarğını daşıyacaq.

Qeyd edək ki, 2013-cü ildən PSJ-də forma geyinən Markinyosun müqaviləsi 2028-ci ildə başa çatacaq.
 

0