PSJ-dən 25 milyonluq satış
11.08.2022 - 17:49
PSJ-dən 25 milyonluq satış

PSJ yaxın günlərdə alqı-satqı gerçəkləşdirəcək.

Apasport.az saytının məlumatına görə, Fransa klubu bir futbolçusunu satmağı, digərini almağı planlaşdırır.

Liqa1 təmsilçisi Arno Kalimuendonu  “Renn”ə satacaq. Bu transferdən 25 milyon avro əldə olunacağı gözlənilir.

Bu vəsait Fabian Ruisin “Napoli”dən alınmasına xərclənəcək. O, ötən mövsümün 38 oyununda 7 qol vurub.

Qeyd edək ki, “Lans”da icarədə olan Kalimuendo 32 matçda 12 dəfə rəqib qapısına yol tapıb.

0