PSJ-dən 63 milyon avroluq transfer - RƏSMİ
12.08.2025 - 12:11
PSJ-dən 63 milyon avroluq transfer - RƏSMİ

Ötən mövsüm UEFA Çempionlar Liqasını tarixində ilk dəfə qazanan PSJ heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Paris təmsilçisi "Bornmut"da çıxış edən İlliya Zabarnini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

PSJ bu transfer üçün qarşı tərəfə 63 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ukrayna millisinin üzvü olan Zabarni ötən mövsüm "Bornmut"un heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.