PSJ-ni məğlub edən məşqçi: "Futbol məzarlığı favoritlərlə doludur”
20.06.2025 - 11:44
PSJ-ni məğlub edən məşqçi: "Futbol məzarlığı favoritlərlə doludur”

Ötən gecə FIFA Klublararası Dünya Çempionatında “Botafoqo”nun PSJ üzərində qazandığı 1:0 hesablı qələbədən sonra braziliyalıların baş məşqçisi Renato Paiva emosional açıqlamalar verib.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının oyununun yüksək səviyyədə olduğunu vurğulayıb:

“PSJ-ni öz oyunları ilə məğlub etdik. Futbol intizamı, birlik və əzmkarlıq bu qələbənin əsas sirri oldu. Mən sadəcə oyunçularıma dedim ki, komanda kimi oynayın və futboldan zövq alın. Onlar da bunu etdilər.”

Paiva qeyd edib ki, futbolda favorit adının heç vaxt bir önəmi olmayıb:

“Futbol məzarlığı favoritlərlə doludur. Biz bu gün meydanda ulduz adlara yox, öz oyunumuza fokuslandıq və qalib gəldik.”

Paiva həmçinin bu qələbənin Braziliya futbolu üçün mühüm addım olduğunu bildirib və qarşıda duran mərhələlərə ciddi hazırlaşacaqlarını vurğulayıb.