PSJ-nin Lamin Yamal planı
03.04.2024 - 13:38
PSJ-nin Lamin Yamal planı

Fransa PSJ-si Kataloniya "Barselona"sının 2 futbolçusu ilə maraqlanır.

Apasport.az xəbər verir ki, Paris klubu yarımmüdafiəçi Frenkie de Yonqla müqavilə imzalamaqda maraqlıdır. De Yonq və kataloniyalılar yeni müqavilədə razılaşmasa, yayda transfer edilə bilər. 

Həmçinin PSJ hücumçu Lamin Yamalı transfer etmək fikrindədir. 

Yayda Mbappenin komandadan ayrılma ehtimalını nəzərə alan fransızlar onun boşluğunu gənc ulduz namizədi ilə doldurmaq niyyətindədir.

"Transfermarkt" portalı Yonqun dəyərini 70 milyon avro, Yamalın dəyərini isə 75 milyon olaraq qiymətləndirir.

 

0