[b]PSJ UEFA tərəfindən cərimələnəcək - Son 3 gün[/b]
27.06.2018 - 12:58
[b]PSJ UEFA tərəfindən cərimələnəcək - Son 3 gün[/b]

UEFA, maliyyə feyr-pleyi ilə bağlı davam edən araşdırmalar nəticəsində PSJ-nin sponsorlardan əldə olunan gəlirlərinin 37%-nin şübhəli olduğunu açıqlayıb. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, nəticədə Paris klubunun hesabında mənfi balans yaranır. PSJ-nin bu defisiti bağlaması üçün 51 milyon avroya ehtiyacı var.

 

PSJ UEFA-nın cəriməsindən yayınmaq üçün sözügedən məbləği oyunçu satışından əldə etməlidi. Bunun üçün 30 iyuna qədər vaxt var.

 

Fransa çempionu hazırda bir neçə klubla futbolçularının satışı ilə bağlı danışıqlar aparır.