[b]Püşk öncəsi: Azərbaycan çempionu B səbətində [/b]
28.06.2018 - 13:53
[b]Püşk öncəsi: Azərbaycan çempionu B səbətində

[/b]

İyulun 5-də futzal üzrə UEFA Çempionlar Liqasında ilkin və əsas mərhələnin püşkü atılacaq. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, yarışda 59 klub mübarizə aparacaq.

 

Dörd ölkə ilk dəfə 2 klubla iştirak edəcək. İspaniya, Portuqaliya və Rusiya ən yüksək reytinqə sahib olduqlarına görə bu hüquqa yiyələniblər. Qazaxıstanın iki təmsilçi ilə qatılmasında İspaniya “İnter”inin yarışın son qalibi olmasının rolu danılmazdı. Məhz bu komanda ölkəsinin çempionu olduğuna görə, Qazaxıstanın vitse-çempionu da güclülər sırasına qoşulub. Belə ki, turnirin son qalibi daxili çempionatı ilk 2 pillədə başa vura bilməzsə, o zaman həmin ölkə Çempionlar Liqasında 3 komandayla təmsil oluna bilər. “İnter” İspaniya çempionluğunu da qazanıb və belədə bu ölkəni bu komanda ilə bərabər “Barselona” təmsil edəcək.

 

Püşkatma və oyun günləri:

5 iyul. İlkin və əsas mərhələnin püşkatması. Nyon. Saat 16:15

28 avqust – 2 sentyabr. İlkin mərhələnin oyun günləri

2-7 oktyabr. Əsas mərhələnin oyun günləri

12 oktyabr. Elit-raundun püşkatma mərasimi. Nyon. Saat 16:00

13-18 noyabr. Elit-raundun oyun günləri

2019-cu ilin əvvəli. Final mərhələsinin püşkatması

25 və ya 26 apreli. Yarımfinal oyunları

27 və ya 28 aprel. Final və üçüncü yer uğrunda oyun

 

İlkin mərhələdə 34 komandanın iştirakı gözlənilir. Burdan əsas mərhələyə 9 qrup qalibi yüksələcək. Yəni ilkin mərhələdə çıxış edən komandalardan heç biri əsas mərhələdə iştirak etmədən elit-raunda yüksəlməyəcək. Əsas mərhələdə isə 32 komanda yarışacaq. Püşk zamanı komandalar iki səbətə bölünəcək. A səbətində 1-dən 11-dək və 16-dan 19-dək qərarlaşan, B səbətində 12-dən 15-ə, 20-dən 22-yə və ilkin mərhələdən yüksələcək 9 komanda yer alacaq.

 

İştirakçılar yenə hər birində 4 komanda olmaqla eyni sayda qruplara bölünəcəklər. A səbətində yer alan komandaların bölündüyü qruplardan 3, B səbətindəki komandaların qərarlaşdığı qruplardan isə ancaq birinci yerin sahibi elit-raundda iştirak etmək hüququ qazanacaq. Elit-raundda 16 komanda 4 qrupda mübarizə aparacaq. A səbətində yer alan qrupların qalibləri elit-raundda hər biri bir qrupun ilk sakini olacaq. İkinci pillədə başa vuranlar da növbəti mərhələdə püşklə düşəcəkləri qrupda ikinci yerdə qərarlaşacaq. Ancaq əsas mərhələni eyni qrupda keçirən və ilk iki pilləni tutan komandalar elit-raundda bir qrupda yer almayacaqlar. “Dördlər finalı”na isə qrup qalibləri yüksələcək.

 

Səbətlər bunlardı:

 

İlkin mərhələ

1-ci səbət

“İnformatika Timişoara” (Rumıniya)

“Mostar” (Bosniya və Herseqovina)

“Veles” (Makedoniya)

Hohenşteyn Ernsttal” (Almaniya)

Rekord Bielsko-Biala (Polşa)

Uddevalla (İsveç)

Dinamo (Moldova)

Vitis” (Litva)

“Ollstars Viner Noyştadt” (Avstriya)

 

2-ci səbət

Enkamp (Andorra)

Rasinq” (Lüksemburq)

Kosmos Tallinn (Estoniya)

Murata (San Marino)

Vattsell” (Şotlandiya)

Belfast Yunayted (Şimali İrlandiya)

Vangir Yupiters (İslaniya)

 

3-cü səbət

Çelik (Monteneqro)

La Ço-de-Fonds” (İsveçrə)

Türkiyə çempionu

Makkabi Nahalat Yitzak (Təlviv, İsrail)

Tirana (Albaniya)

Futsamba Naas (İrlandiya)

Kardiff Universiteti” (Uels)

 

4-cü səbət

Kampuksen Dinamo (Finlandiya)

Futzal Gentofte” (Danimarka)

Valletta (Malta)

Varna Siti” (Bolqarıstan)

Dukas (Yunanıstan)

“Ridinq” (İngiltərə)

Links” (Cəbəllütariq)

 

5-ci səbət

Leo (Ermənistan)

Hovokubo (Hollandiya)

TMC Tbilisi (Gürcüstan)

Sandefyord (Norveç)

 

Əsas mərhələ

B səbəti

 

6-cı səbət

Nikars Riqa” (Latviya)

Novo Vriyeme Makarska” (Xorvatiya)

APOEL (Kipr)

Luçenets” (Slovakiya)

 

7-ci səbət

İlkin mərhələnin A qrupunun qalibi

 

8-ci səbət

Peskara” (İtaliya)

Araz (AZƏRBAYCAN)

Aktobe (Qazaxıstan)

 

A səbəti

 

9-cu səbət

Ekonomaç Kraquyevaç” (Serbiya)

Halle-Quik” (Belçika)

Dobovets” (Sloveniya)

Feniks (Kosovo)

 

10-cu səbət

Xerson” (Ukrayna)

Kremlin-Bisetre Yunayted” (Fransa)

 

11-ci səbət

Sibiryak (Rusiya)

“Xrudim (Çexiya)

LSM Lida (Belarus)

 

12-ci səbət

Benfika (Portuqaliya)

Kayrat (Qazaxıstan)

“Qyor (Macarıstan)

 

14-cü səbət

İnter (İspaniya)

Sportinq” (Portuqaliya)

“Qazprom-Yuqra” (Rusiya)

“Barselona” (İspaniya)