“Qalatasaray” Frankovski ilə razılıq əldə etdi
08.02.2025 - 17:52
![“Qalatasaray” Frankovski ilə razılıq əldə etdi](https://apasport.az/storage/news/2025/february/08/big/67a76384a3e4967a76384a3e4a173902323667a76384a3e4767a76384a3e48.jpeg)
Super Liqa təmsilçilərindən "Qalatasaray" Polşa millisinin üzvü ilə razılıq əldə edib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" Prjemislav Frankovski ilə 3,5 illik müqavilə imzalayacaq
"Cimbom" artıq oyunçu üçün Fransa təmsilçisinə 6 milyon avroluq rəsmi təklif göndərib.
Transfer reallaşarsa, 29 yaşlı yarımmüdafiəçi ilinə 2 milyon avro qazanacaq.
Qeyd edək ki, Polşa millisinin üzvü cari mövsümdə 21 matça çıxıb, 5 qol və 2 ötürmə ilə yadda qalıb.
0
0