[b]“Qalatasaray” hollandiyalı futbolçu ilə anlaşdı[/b]
29.06.2018 - 21:56
[b]“Qalatasaray” hollandiyalı futbolçu ilə anlaşdı[/b]

Yeni mövsüm hazırlıqlarına start verən “Qalatasaray” heyətində komplektləşdirmə işi aparır. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” Rayan Donkla müqavilənin müddətini uzadıb.

 

Klubdan verilən rəsmi açıqlamada bildirilib ki, 32 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.

 

Qeyd edək ki, Donk 2016-cı ildən “Qalatasaray”da çıxış edir.