"Qalatasaray" kubok oyununa ciddi itkilərlə çıxacaq
17.12.2025 - 20:23
"Qalatasaray" kubok oyununa ciddi itkilərlə çıxacaq

Türkiyə Kubokunun əsas mərhələsinin I turunda "Qalatasaray" doğma meydanda "Başakşehir"lə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, Türkiyə çempionu qarşılaşmaya 7 itki ilə çıxacaq.

"Sarı-qırmızılar" heyətində Vilfried Sinqo, Berkan Kutlu, Kaan Ayhan və Uğurcan Çakır zədəli olduqları üçün komandaya kömək edə bilməyəcəklər. Viktor Osimhen (Nigeriya), Mario Lemina (Qabon) və İsmail Yakobs (Seneqal) isə Afrika Millətlər Liqasında iştirak etmək üçün ölkələrinin yığma komandalarına yollanıblar.

Qeyd edək ki, "Qalatasaray" – "Başakşehir" qarşılaşması sabah saat 21:30-da start götürəcək.