"Qalatasaray" Muslera ilə prinsipial razılıq əldə edib
06.03.2024 - 10:19

Adını "Qalatasaray" tarixinə qızıl hərflərlə yazan Fernando Musleranın taleyi bəlli olub.
Apasport.az xəbər verir ki, "aslanlar" təcrübəli qapıçısı Fernando Muslera ilə yeni müqavilə barədə prinsipial razılığa gəlib.
"Sarı-qırmızılılar" təcrübəli qolkiperlə 1 illik yeni müqavilə imzalayacaq.
“Qalatasaray”da 13 il çıxış edən Musleranın “sarı-qırmızılar”la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, 497 dəfə "Qalatasaray"da çıxış edən uruqvaylı qapıçı 528 qolun qarşısını ala bilməyib, 178 matçda isə qapısını toxunulmaz saxlayıb.
7
1