“Qalatasaray” onu da komandada Saxladı
04.08.2025 - 18:33

"Qalatasaray" daha bir futbolçunu komandada saxlamağı bacarıb.
Apasport.az xəbər verir ki, klub İsmail Yakobsu heyətində saxlayıb.
"Cimbom" müdafiəçinin müqaviləsində yer alan tamhüquqlu transfer bəndindən istifadə edib.
"Sarı-qırmızılılar" ötən mövsümü icarə əsasında komandada keçirən sol cinah oyunçusunun adını Türkiyə Futbol Federasiyasına bildirib.
"Monako"dan transfer edilən Yakobsla 2027-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, o, ötən mövsüm "Qalatasaray"ın heyətində 23 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
0
0