
“Qalatasaray” Viktor Osimhenin transferini reallaşdırmağa çox yaxındır.
Apasport.az xəbər verir ki, “Cim-Bom” son təklif olaraq “Napoli”yə 40 milyon avro nağd və 35 milyon avro bonus (17,5 + 17,5 milyon) şəklində rəsmi təklif göndərib.
Bundan əlavə, “sarı-qırmızılılar” “Napoli”nin tələb etdiyi bank zəmanət məktublarını da təqdim edərək razılaşmanın maliyyə şərtlərini yerinə yetirib.
İtaliya klubunun yaxın günlərdə bu transferlə bağlı cavab verməsi gözlənilir.
Qeyd edək ki, 26 yaşlı Osimhen ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. O, İstanbul klubunun heyətində 41 rəsmi matçda 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.