"Qalatasaray" "Roma" ilə anlaşdı: Nelsson İtaliya yolunda
03.02.2025 - 09:18
Super Liqa təmsilçilərindən "Qalatasaray"ın mərkəz müdafiəçisi Viktor Nelsson İtaliya klubuna keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 26 yaşlı futbolçu "Roma"nın təklifini qəbul edib.
Həmçinin klublar arasında prinsipial razılıq əldə olunub. Tərəflər arasında danışıqlar davam edir.
İtaliya təmsilçisi Nelssonu satın alma variantı ilə icarəyə götürmək istəyir.
Qeyd edək ki, müdafiəçi bu mövsüm "Qalatasaray" heyəti ilə 18 matça çıxıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0