"Qalatasaray" Saşa Boeyə alternativ tapdı
01.02.2024 - 14:36
"Qalatasaray" Saşa Boeyə alternativ tapdı

“Qalatasaray” müdafiə xəttinə yeni futbolçu alır.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Nottingem Forest” forması geyinən Serge Aurieri rənglərinə bağlayır.

İddialara görə, klublar arasında keçirilən danışıqlar müsbət nəticələnib. Razılaşmaya əsasən, “Cim-bom” futbolçunun keçidi qarşılığında məbləğ ödəməyəcək. Fil Dişi Sahillərindən olan 31 yaşlı sağ cinah müdafiəçisi “Bavariya”ya transfer olunan Saşa Boeyi əvəz edəcək.

Qeyd edək ki, bu mövsüm 13 matça çıxan Aurier 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0