"Qalatasaray" "Siti"nin qolkiperini istəyir
15.07.2025 - 13:38

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qalatasaray” qapı xəttinə yeni namizəd müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” “Mançester Siti”nin əsas qapıçısı Edersonla yaxından maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, 31 yaşlı braziliyalı qolkiper maaş tələbinin qarşılanacağı halda İstanbul klubuna keçidə müsbət yanaşır.
Qeyd edək ki, "Siti" Edersonu 2017-ci ildə "Benfika"dan 40 milyon avroya transfer etmişdi.
1
0