“Qalatasaray” Can Uzun transferində israrlıdır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi gənc futbolçunu heyətinə qatmaq üçün böyük büdcə ayırmağa hazırdır.
Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, “sarı-qırmızılar” Can Uzunun transferi üçün 40 milyon avronu gözdən çıxarıb.
Türkiyə millisinin üzvü olan futbolçu Avropanın bir sıra aparıcı klublarının da maraq dairəsindədir.
Hazırda “Ayntraxt Frankfurt”un formasını geyinən 20 yaşlı yarımmüdafiəçinin gələcəyi ilə bağlı qərarını dünya çempionatından sonra verməsi gözlənilir.
Onun “Ayntraxt Frankfurt”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Can Uzun ötən mövsüm bütün turnirlərdə 41 matçda meydana çıxıb, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.