Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı futbolçu Avropa Liqası Liqa fazasının 4-cü turunun "Tottenhem"lə matçında (3:2) ağır zədə alıb.
İkardinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. 32 yaşlı forvard yaxın günlərdə əməliyyat olunacaq. Ulduz futbolçunun üçün müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini 2022-ci ilin yayında PSJ-dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”