“Qalatasaray”ın maraqlandığı hücumçu “Vilyareal”da
02.09.2025 - 10:06
Gürcüstan millisi və "Lion"un forvardı Jorj Mikautadze karyerasını İspaniyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, futbolçu "Vilyareal"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 31 milyon avro ödəyib. 24 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Mikautadzeni daha əvvəl Türkiyənin “Qalatasaray” klubu transfer etmək istəmişdi. Lakin oyunçunun razılıq verməməsi səbəbindən bu keçid baş tutmamışdı.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0