“Qalatasaray”ın oyunçusu Super Liqada klubunu dəyişəcək
30.12.2025 - 14:48
“Qalatasaray”ın oyunçusu Super Liqada klubunu dəyişəcək

“Qalatasaray”ın futbolçusu Berkan Kutlu Türkiyə Super Liqasında klubunu dəyişməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi “Konyaspor”la razılığa gəlib. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.

Qeyd edək ki, Berkan Kutlu bu mövsüm “Qalatasaray”ın heyətində çıxdığı 9 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.