“Qalatasaray”ın yeni baş məşqçisi bəlli oldu
23.06.2022 - 12:08
“Qalatasaray”ın yeni baş məşqçisi bəlli oldu

“Qalatasaray” yeni baş məşqçisini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu sabiq futbolçusu Okan Buruku bu posta təyin edib.

“Cim-bom” 48 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, Buruk ilk mövsümündə 930 min avro maaş alacaq. Gələn ilin yayında onun daha bir il qalması qərara alınsa, həmin vaxt məvacibi 1 milyon avro təşkil edəcək.

O, bu postda istefaya göndərilən Domenek Torreni əvəzləyib.

Qeyd edək ki, Okan Buruk 1991-2001 və 2006-2008-ci illərdə “Qalatasaray”ın formasını geyinib. Çalışdırıcı 2013-cü ildə başlayan məşqçilik karyerasında isə “Elazığspor”, “Qaziantepspor”, “Sivasspor”, “Göztepe”, “Akhisar”, “Çaykur Rizespor” və “Başakşehir”ə rəhbərlik edib.

1
DİGƏR XƏBƏRLƏR
Loading...