Qanalı yarımmüdafiəçi yenidən İspaniyada çıxış edə bilər
04.08.2025 - 13:54
Son olaraq “Arsenal”da çıxış edən və hazırda azad agent statusunda olan Tomas Parti karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Vilyareal”a keçməyə çox yaxındır.
Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Vilyareal” Partiyə iki illik müqavilə təklif edib. Futbolçunun bu klubu seçməsinə səbəb komandanın UEFA Çempionlar Liqasında iştirak etməsidir.
Qeyd edək ki, Qana millisinin üzvü olan Tomas daha əvvəl İspaniyada “Almeriya” və “Atletiko Madrid” klublarının formasını geyinib.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0