"Qarabağ" 14 pillə gerilədi
10.12.2023 - 16:27
"Qarabağ" 14 pillə gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Apasport.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Keçən yay 70-ci pillədə qərarlaşan "Qarabağ" (131,5 xal) geriləyərək hazırkı reytinqdə 84-cüdür.

"Neftçi" və "Sabah" da geriləyiblər. Belə ki, "ağ-qaralar" 340-cı yerdən 378-ə, "bayquşlar" isə 342-ci pillədən 391-ə düşüblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi "Mançester Siti" (314 xal) başçılıq edir.

0