[b]“Qarabağ” Bundesliqa klubu ilə heç-heçə etdi - YENİLƏNİB[/b]
26.06.2018 - 22:18
[b]“Qarabağ” Bundesliqa klubu ilə heç-heçə etdi - YENİLƏNİB[/b]

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün ikinci yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə Bolqarıstan “Ludoqorets”i ilə “sülh” bağlayan Azərbaycan çempionu bu dəfə yerli “Vakker İnsbruk”la üz-üzə gəlib.

 

Bu il Bundesliqaya vəsiqə qazanan komanda ilə görüş qolsuz bərabərliklə başa çatıb.

 

Yoxlama matçı

“Qarabağ” (Azərbaycan) - “Vakker İnsbruk” (Avstriya) - 0:0

 

Qeyd edək ki, “Qarabağ” - “Ludoqorets” matçı 1:1 hesabı ilə başa çatmışdı.