Bu gün bir sıra futbol qarşılaşmaları canlı yayımlanacaq.
"Apasport"un proqramında bir yoxlama oyunu, UEFA Konfrans Liqasının üç, Avropa Liqasının isə iki görüşü yer alıb.
Yoxlama oyunu
Türkiyənin “Trabzonspor” klubu Qətər təmsilçisi “Əl-Sədd”lə üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da başlayacaq və “HT Spor” telekanalı vasitəsilə canlı yayımlanacaq.
UEFA Konfrans Liqası
Azərbaycan təmsilçisi “Zirə” Estoniyanın “Payde” klubunu qəbul edəcək. Saat 20:00-da başlayacaq görüş “İdman TV”də canlı nümayiş olunacaq.
Eyni saatda Türkiyənin “Başakşəhər” komandası səfərdə Finlandiya təmsilçisi “İnter Turku” ilə qarşılaşacaq. Matçı “TRT 1” yayımlayacaq.
“Neftçi” isə Belarusun “Dinamo” Minsk klubunun qonağı olacaq. Saat 21:00-da start götürəcək qarşılaşma “İctimai TV”nin efirində olacaq.
UEFA Avropa Liqası
“Beşiktaş” Danimarkada “Midtyulland”la üz-üzə gələcək. Saat 21:00-da başlayacaq görüş “S Sport” və “Sport+” kanallarında canlı yayımlanacaq.
“Qarabağ” isə səfərdə Bolqarıstan təmsilçisi ÇSKA ilə qarşılaşacaq. Saat 22:00-da start götürəcək matçı “CBC Sport” yayımlayacaq.
19:30 Trabzonspor – Əl Sədd (HT Spor)
20:00 Zirə – Payde (İdman TV)
20:00 İnter Turku – Başakşəhər (TRT 1)
21:00 Dinamo Minsk – Neftçi (İctimai TV)
21:00 Midtyülland – Beşiktaş (S Sport, Sport+)
22:00 ÇSKA Sofiya – Qarabağ (CBC Sport)