[b]“Qarabağ”dan ayrıldı, “Sampdoriya”nın “radar”ına düşdü [/b]
02.07.2018 - 15:48
[b]“Qarabağ”dan ayrıldı, “Sampdoriya”nın “radar”ına düşdü
[/b]

“Qarabağ”ın bu yay yollarını ayırdığı İbrahim Şehiç daha bir klubun diqqət mərkəzinə düşüb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Sampdoriya” Bosniya və Herseqovina millisinin üzvünə “elçi düşüb”.

 

Türkiyədə adı “Ərzurumspor” və “Çaykur Rizəspor”la birgə hallanan 30 yaşlı qolkiper A seriyasında çıxış edə bilər. Emiliano Vivianonun “Sportinq”ə keçidindən sonra “Şapekoense”dən Jandrey Karniel və “Benevento”dan Vid Beleçi transfer edən, eyni zamanda Andrea Tozzonu komandada saxlayan Genuya təmsilçisi yenə də “bir nömrə” axtarışını davam etdirir.

 

Baş məşqçi Marko Campaolonun siyahısında 4 qolkiper var. Bunlar Şehiçlə yanaşı, Marko Sportiello (“Atalanta”), Adrian Şemper (“Dinamo” Zaqreb) və David Soriadı (“Sevilya”). Rəhbərlik adıçəkilən qapıçılardan biri ilə müqavilə bağlamağa çalışır.

 

Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ildən bəri “Qarabağ”ın formasını geyinib.

0