[b]“Qarabağ”dan növbəti rəsmi transfer[/b]
05.07.2018 - 11:26
[b]“Qarabağ”dan növbəti rəsmi transfer[/b]

Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçev karyerasını “Qarabağ”da davam etdirəcək. Apasport.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.

 

Ağdamlılar “Sportinq”in oyunçusunun keçidini “Qarabağ” formasındakı şəklini paylaşaraq elan edib.

 

Qeyd edək ki, 2014-cü ildən müqavilə ilə “Sportinq”ə məxsus olan 25 yaşlı futbolçu 2015-2016-cı illərdə müvafiq olaraq “Bolton”, “Apollon” və “Lexiya” klublarında icarə əsasında çıxış edib.

0