[b]“Qarabağ”ı məğlub edəcəyimizə inanırıq”[/b]
03.07.2018 - 10:54
[b]“Qarabağ”ı məğlub edəcəyimizə inanırıq”[/b]

“Olimpiya”ya keçdiyim üçün şadam. Bu klubla Çempionlar Liqasında oynamaq imkanı qazanacam”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın yeni transferi Matiç Çrniç deyib.

 

“Riyeka”dan alınan 26 yaşlı yarımmüdafiəçi Avrokubokdakı şanslarını dəyərləndirib. O, klubun saytına açıqlamasında I mərhələdə “Qarabağ”a qalib gələcəklərinə inandığını vurğulayıb: “Bilirəm ki, burda futbolçudan çox şey gözləyirlər. Qısa müddətdə kollektivə uyğunlaşmağa çalışacam. Bir neçə gündən sonra Çempionlar Liqasında mübarizəyə start verəcəyik. İlk matçda uğurlu nəticəyə ümid edirik. “Qarabağ”ı məğlub edəcəyimizə inanırıq. Qarşıdakı oyunlarda “Olimpiya”nın əsl üzünü göstərəcəyik”.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda keçiriləcək.

0