“Asan rəqib yoxdu. Yaxşılardan biri olmaq istəyirsənsə, ən yaxşıya qarşı oynamalı və onu məğlub etməlisən”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.
Sloveniya klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq.
Yerli mətbuata açıqlamasında cütlüyü dəyərləndirən Stolitsa heyətlə bağlı problemlərinin olduğunu vurğulayıb: “Qarabağ” çox güclü heyətə malik olan komandadı. Heyəti formalaşdırmalı və mümkün qədər tez gücləndirməliyik. Bütün xətlərə oyunçu axtarırıq. Həm yerli, həm də əcnəbilər arasında seçim aparırıq. Müdafiəçi, universal yarımmüdafiəçi və hücumçu almaq istəyirik. Mənim razılığım olmadan heç kimin gəlməyəcəyinə zəmanət verə bilərəm. Əcnəbilər daha güclü olmalı və fərq yaratmalıdılar. Təsir göstərə bilmədiyim yeganə şey azalan vaxtdı”.
Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda baş tutacaq.
- Kloppla birlikdə Saneyə milli qapısı bağlanır
- Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda
- Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”
- Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı