[b]"Qarabağ"ın istədiyi qolkiper İngiltərəni seçdi[/b]
23.06.2018 - 13:42
“Harts”la müqavilə müddəti bitən Con Maklaflin “Qarabağ”ın təklifini qəbul etmək fikrində deyil. Apasport.az saytının “Daily Express”ə istinadən məlumatına görə, şotlandiyalı qapıçıya İngiltərədən təkliflər var və o, karyerasını futbolun vətənində davam etdirmək niyyətindədi.
Artıq Con Maklaflinin “Sanderlend”lə anlaşmağa yaxın olduğu bildirilir.
“Qarabağ” azad agent statusunda olan 31 yaşlı qolkiperə iki illik müqavilə təklif etmişdi.
Qeyd edək ki, daha öncə “Peskara”nın qapısını qoruyan Vinçenço Fiorello Ağdam klubunun təklifini geri çevirdiyini açıqlamışdı.
- Kloppla birlikdə Saneyə milli qapısı bağlanır
- Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda
- Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”
- Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı
0
0