[b]“Qarabağ”ın rəqibi heyətini gücləndirdi[/b]
28.06.2018 - 16:14
[b]“Qarabağ”ın rəqibi heyətini gücləndirdi[/b]

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya” daha bir transfer həyata keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Sloveniya təmsilçisi yarımmüdafiə xəttini gücləndirib.

 

Belə ki, “Voyvodina”nın orta sahə oyunçusu Marko Putintsanin karyerasını Lyublyana klubunda davam etdirəcək. Serbiyalı futbolçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb. O, “Olimpiya”da 70 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.