“İnter”in yarımmüdafiəçisi Davide Frattesi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az “Fichajes”ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya diqqət yetirən Premyer Liqanın dörd klubundan biri “Liverpul”dur.
Klublar hesab edirlər ki, Frattesinin “İnter”də hazırkı oyun praktikası vəziyyəti onun qış transfer pəncərəsi zamanı asanlıqla komandadan ayrılmasına şərait yaradacaq.
İtaliyalı futbolçu 2024-cü ilin yayında “İnter”ə qoşulub. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 13 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda verib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya