[b]“Qarabağ”ın rəqibi məğlubiyyətdən son anda qaçdı[/b]
01.07.2018 - 19:17
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” növbəti hazırlıq matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Lyublyana klubu Zaqreb “Lokomotiv”i ilə oynayıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Sloveniyalıların heyətində Klaudyeroviç dubl edib. O, 78 və 90+8-ci dəqiqələrdə penalti zərbələrini dəqiq yerinə yetirib.
Yoxlama oyunu
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Lokomotiv” (Zaqreb, Xorvatiya) – 2:2
Qollar: Klaudyeroviç, 78 (pen.), 90+8 (pen.) – Musa, 34, Jakiç, 90+7
0
0