[b]“Qarabağ”ın rəqibindən darmadağın[/b]
28.06.2018 - 01:27
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Lyublyana təmsilçisi digər Sloveniya klubu “NK Şampiyon Çelye” ilə qarşılaşıb.
Görüş “Olimpiya”nın 4:0 hesablı darmadığını ilə yekunlaşıb. Avramovskinin dubl etdiyi qarşılaşmada Kaludyeroviç və Ştiqleç hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya”nın ilk matçı iyunun 11-də Sloveniyada keçiriləcək.
0
0