[b]“Qarabağ”ın rəqibindən növbəti transfer[/b]
29.06.2018 - 20:02
Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Lyublyana təmsilçisi növbəti transferini reallaşdırıb.
Kludan verilən açıqlamada bildirilib ki, komanda şəhərin digər təmsilçisi “Brava”dan 18 yaşlı Haris Kadriçin keçidini həll edib. Gənc hücumçu ilə 3 illik anlaşma əldə edilib.
Qeyd edək ki, “Olimpiya” daha öncə Marko Putintsa və Andriya Kaludjeroviçi transfer edib.
0
0